Daha sonra ingilisdilli “Taiwan News” martın 28-də “Çin işğala hazırlaşmaq üçün Taypeyin maketini yaratdı” başlığı ilə görüntüləri yayıb.
Aprelin 1-də yayılanan xəbərdə “France 24”, Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki Alxa əyalətində yerləşən modelin görüntülərinin təsdiqləndiyini bildirib.
ABŞ-da yerləşən “Force Analysis” analitik şirkətindən Sim Tak, paytaxt Pekindən təxminən 1200 kilometr uzaqlıqda olan modelin tikintisinə 2021-ci ilin mart ayında başlandığını və bir il ərzində tamamlandığını söyləyib.
“France 24” modeldəki binaların və küçələrin Tayvanın paytaxtı Taypeyin Jongjeng rayonunun Bo'ai bölgəsindəki binalara bənzədiyinə diqqət çəkdi. Giriş-çıxışlara nəzarət edilən bu ərazidə Prezidentlik binası da daxil olmaqla, mühüm dövlət qurumlarına aid çoxlu tikililər var.
Tayvan müdafiə naziri Çiu Juo-çeng, keçən həftə model görüntüləri ilə bağlı verdiyi açıqlamada, “Çin ordusunun bu cür replika modelləri istehsal etməsi qaçınılmazdır” deyib.
Xəbərdə Çinin 2015-ci ildə oxşar modeli yaratdığına diqqət çəkilib. Tayvan Prezident binasının da maketi Daxili Monqolustanda tikilib.
Böyük Britaniya-İtaliya qeyri-kommersiya beyin mərkəzi olan Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Qrupundan Ho Ting Hung, Pekin administrasiyasının replikalardan “psixoloji müharibə təbliğatı” kimi istifadə etdiyini deyib.
Norveçin Arktika Universitetindən Mark Lanteygne 2015-ci ildə maketin görüntülərinin Çin mediasında paylaşıldığına, lakin yeni modelin görüntülərinin gizli saxlanıldığına diqqət çəkib.
Lanteygne Tayvanın güclü hava hücumundan müdafiə sistemlərinə malik olduğunu və Çinin bombardmanlarla adanı ələ keçirməkdə çətinlik çəkəcəyini bildirib. O, modelin mümkün quru əməliyyatı üçün planlaşdırma məqsədləri üçün istifadə oluna biləcəyini qeyd edib.