İsrail ordusu radiosunun xəbərində qeyd olunur ki, hava limanı yaxınlığında İordaniya ərazisindən buraxılan PUA qəzaya uğrayıb. İnsan itkisi olmayıb.
Yazılı açıqlamada Eylat şəhərinin şimal-şərq istiqamətindən İsrail ərazisi xaricinə düşən şübhəli təyyarənin müşahidə edildiyi qeyd olunub. Açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
İsrail ordusu dünənki açıqlamasında bildirmişdi ki, Eylatdakı hərbi bazaya PUA hücumu həyata keçirilib. “İraqda İslami Müqavimət” adlı İranyönlü koalisiya hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.
Eylat şəhərinin şimalında, İordaniya ilə İsrail arasındakı sərhəd bölgəsində yerləşən Ramon Hava Limanı 2019-cu ildə istifadəyə verilib.