Komanda bununla 2021-ci ildəki 30 saniyəlik dünya rekordlarını geridə qoyub. KSTAR-ın direktoru Si-Vu Yun belə yüksək temperaturu uzun müddət saxlamağın asan olmadığını, ona görə də 48 saniyəlik rekordun böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Yun vurğulayıb ki, onların əsas məqsədi 2026-cı ilə qədər KSTAR reaktorunu eyni temperaturda 300 saniyə işlətməkdir.
Elm adamları hələ sınaq mərhələsində olan KSTAR reaktoru ilə Günəşdə baş verən birləşmə reaksiyalarını təqlid edərək, qeyri-məhdud və təmiz enerji istehsal etməyi hədəfləyirlər.