Fransanın xarici işlər naziri Stefan Sejurne dezinformasiya yayan Rusiya şirkətlərinə qarşı sərt tədbirlər görülməsilə bağlı Avropa Birliyi rəhbərliyinə müraciət edəcəklərini açıqlayıb.ABŞ dövlət katibi Antoni Blinkenlə Parisdə mətbuat konfransı keçirən Sejourne, “Dezinformasiya rejimini dəstəkləyənlərə qarşı sanksiya qərarı təklif edəcəyəm”, – deyib.
Avropa Birliyi indiyədək Rusiyaya qarşı 13 sanksiya paketini həyata keçirib. Bu qadağalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar daxil olmaqla geniş sahələri əhatə edir.
çap et