Vaxt.Az

Rusiya ordusunda kritik dəyişiklik


 

Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat

Rusiya ordusunda kritik dəyişiklik Rusiyanın müdafiə naziri Sergey Şoyqu admiral Aleksandr Moiseyevin Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni komandanı təyin edildiyini açıqlayıb.

Rusiyanın müdafiə naziri Şoyqu nazirlik rəsmiləri ilə görüşdə çıxışında orduda yüksək səviyyəli təyinatlar barədə məlumat verib.

Moiseyevin Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edildiyini bildirən Şoyqu Qara Dəniz Donanmasının komandanı olaraq vitse-admiral Sergey Pinçukun təyin edildiyini bildirib.

Sözügedən təyinat qərarlarının Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalandığını bildirən Şoyqu, “Siz çiyinlərinizə düşən böyük məsuliyyətin fərqindəsiniz. Ümid edirəm ki, Ali Baş Komandan tərəfindən qarşınıza qoyulan vəzifələrin öhdəsindən gələcəksiniz”, – deyib.

2018-ci ildə Qara Dəniz Donanmasının komandanı olan Moiseyev 2019-cu ildən Şimal Donanmasının komandiri olub.

 





02.04.2024    çap et  çap et