Vaxt.Az

İsrail Livanla savaşa hazırlaşır?


 

Müdafiə naziri daha bir müharibənin anonsunu verib

İsrail Livanla savaşa hazırlaşır? İsrail mediası müdafiə naziri Yoav Qallantın israilliləri Livanla müharibəyə hazırlamağı düşündüyünü iddia edib. “Yediot Ahronot” qəzetinin məlumatına görə, İsrailin müdafiə naziri martın 29-da ordunu şimalda Hizbullaha qarşı genişmiqyaslı müharibə ehtimalına hazırlamaqla bağlı ən yaxşı variant tapmaq üçün toplantı keçirib.

Xəbərdə Dəməşqdə İran rəsmilərini hədəf alan hücumun məsuliyyətini Tel-Əvivin hələ öz üzərinə götürmədiyi vurğulanıb: “Əgər bunun üçün Təl-Əvivin məsuliyyət daşıdığını qəbul etsək, ictimaiyyəti Hizbullah və onun iranlı havadarları ilə genişmiqyaslı müharibəyə hazırlamaq zərurəti yaranacaq”.

Bildirilib ki, Qallant ictimaiyyətin müharibə ehtimalını necə qəbul edəcəyi ilə bağlı ictimai rəy sorğusu aparılmasına da göstəriş verib və müharibə vəziyyətində məlumatlandırmanın ən yaxşı üsulunun müəyyən edilməsini istəyib.

“Müdafiə naziri təkcə İsrail ictimaiyyətinin artan müharibə ehtimalına reaksiyasından deyil, həm də Hizbullah lideri Həsən Nəsrullahın ictimai məlumatlandırma kampaniyasına reaksiyasından narahatdır.

Nəsrullahın İsrail mediasının yaxın izləyicisi olduğu düşünülür. Çıxışlarında o, tez-tez İsraildəki ictimai əhval-ruhiyyəni təhlil edir. Nəsrullah buna görə də belə bir kampaniyanı İsraillə hərbi münaqişəni gücləndirmək üçün fürsət kimi görə bilər.

Livanla müharibə ilə bağlı kampaniya mövzusunun İsrail ordusundakı yüksək rütbəli zabitləri narahat etdiyinə diqqət çəkən qəzet, adının açıqlanmasını istəməyən mənbəyə istinadən, “Biz (Livana qarşı kampaniyanı) sürətləndirməliyik. Bunu vətəndaşların panikaya düşməsi üçün yox, məlumatlılığı artırmaq və nəyə hazırlaşdığımızı dəqiq bilmək üçün etməliyik”, – qeyd edib.

 





02.04.2024    çap et  çap et