Vaxt.Az

“Demokratiya təhlükədə”


 

Almaniya daxili kəşfiyyatının rəsmisi ifadə azadlığının qorxunc həddə çatdığını deyir

“Demokratiya təhlükədə” Almaniyada daxili kəşfiyyata cavabdeh olan Konstitusiyanın Mühafizəsi Agentliyinin (KMA) prezidenti Tomas Haldenvanq ölkədə demokratiyanın təhlükə altında olduğunu bildirib. Haldenvanq həmçinin ifadə azadlığı məhdudiyyətlərinin olduğunu deyib.

Konstitusiyanın Müdafiəsi Təşkilatının prezidenti “Frankfurter Allgemeine Zeitung” qəzeti üçün yazdığı məqalədə qeyd edib ki, ifadə azadlığı konstitusiya düşmənləri üçün “lisenziya” deyil.

“İfadə azadlığının da öz hüdudları var. Ən ifrat hədlər cinayət qanunu ilə müəyyən edilir. Məsələn, cəzalandırılan təbliğat cinayətləri və ya nifrətə təhrik. Bununla belə, fikir ifadəliyi azadlığı cinayət qanununun hüdudlarından aşağı halda və konstitusiya çərçivəsində də narahatedici ola bilər”.

Alman demokratiyasının II İkinci Dünya Müharibəsindən sonra nadir hallarda bugünkü kimi təhlükə altında olduğuna işarə edən Haldenvanq, uzun illərdir ekstremistlərin sayının artdığını vurğulayıb: “Demokratiyamız üçün təhlükələr çoxdur. Mən bu təhlükələri çox ciddi qəbul edirəm və bu barədə müvafiq tezlikdə mediada xəbərdarlıq edirəm”, – deyə o, bildirib.

Haldenvanq, son vaxtlar ictimai rəydə KMA-nı və onun işini şübhə altına alan başlıqların və məqalələrin çoxluğuna olduğuna diqqət çəkib və qurumu gözdən salmaq cəhdinə qarşı çıxıb.

KMA-nın siyasi baxımdan neytral qalmasını istəyənlərlə həmfikir olduğunu qeyd edən Haldenvanq, “Biz siyasi cəhətdən neytralıq, lakin azad demokratiyamıza qarşı hərəkət və təxribat törədənlərə qarşı tərəfsiz deyilik. Bizim vəzifəmiz azad demokratik təməl nizamı qorumaqdır”.

 





02.04.2024    çap et  çap et