“Hazırda 15 uşaq hələ də itkindir. Onların hücum edənlərin yanında, yoxsa meşəlik ərazidə olduqlarını bilmirik”, – deyə rəsmi bildirib.
Yerli mənbələrdən verilən açıqlamada, basqın zamanı çoxlu sayda evin yandırıldığı, ən azı 30 baş mal-qaranın oğurlandığı bildirilib.
Poçalla bölgəsində yaşayan Anyuak etnik qrupu ilə qonşu Boma bölgəsindəki Murle etnik qrupu arasında müxtəlif səbəblərdən zorakılıq hadisələri yaşanır. Silahlı qruplaşmanın ötən ay Piborda həyata keçirdiyi hücumda 15 nəfər həlak olmuşdu.