Fövqəlgüclər bir çox qiymətli yeraltı sərvətlərə malik olan Aya hakim olmaq üçün yarışır. Bu yarışda liderlik edən ABŞ-ın aviasiya və kosmos agentliyi olan NASA-nın Ayda kənd təsərrüfatını sınamaq qərarına gəldiyi məlum olub. NASA-nın 50 ildən sonra Aya astronavt göndərməyi hədəfləyən “Artemis 3” missiyası zamanı Ayda kiçik istixanaların qurulacağı öyrənilib. Məlumat deyilir ki, bu istixanalarda tərə, mərcimək və gül kələm əkiləcək.
Miniatür istixanalarında fərqli bitki nümunələri yetişdirməyi planlaşdıran NASA-nın gələcəkdə qurulacaq koloniyalarında bitkilərin yetişdirilə biləcəyini sınaqdan keçirəcək. Bunun səbəbi Ayda məskunlaşmış strukturlar qurmaq istəyindən irəli gəlir. Bildirilib ki, “Kənd təsərrüfatı florasına Ayın Təsirləri” (LEAF) adlı layihə 2026-cı ildə Ayda həyata keçiriləcək üç təcrübədən biridir. LEAF eksperimentinin bir hissəsi olaraq, astronavtlar Ayda çoxlu “bitki böyüdülən kameralar” yerləşdirəcəklər.
Ayda kapsul formalı istixanalar bitkiləri həddindən artıq radiasiyadan, günəş işığından və kosmik vakuumdan qoruyacaq, eyni zamanda astronavtlara onların böyüməsini izləmək imkanı verəcək. Beləliklə, NASA ilk dəfə Ayda bitki yetişdirməyə çalışacaq. Seçilmiş üç bitkinin Yer kürəsinin hüdudlarından kənarda insan koloniyalarının yaradılmasında mühüm rol oynaya biləcəyinə ümid edilir. Layihəni hazırlayan “Space Lab Technologies” şirkətinin meneceri Kistin Eskobar “Bizim planımız Ayın kəşfiyyatı və hətta Mars missiyaları üçün yol açacaq” deyib.