O, dünyanın “ən etibarlı” seçki sisteminə sahib olduqlarını bildirərək, “ABŞ bizim seçki kampaniyamıza kölgə salmağa çalışır. Venesuela şəffaf və yoxlanıla bilən seçki siyasəti həyata keçirir. Vaşinqton onu gözdən salmağa çalışır”, – deyib.
Bu il hökumətlərinə qarşı planlaşdırılan 5 sui-qəsdin qarşısını aldıqlarını bildirən Maduro, Kolumbiyanın keçmiş prezidentləri Alvaro Uribe və İvan Dukenin hökumətlərindəki yüksək səviyyəli şəxsləri bu sui-qəsddə əli olmaqda ittiham edib.
Nikolas Maduro müxalifətin əsas namizədləri Mariya Korina Maçado və Korina Yorisin namizədliyinin Milli Seçki Komissiyası tərəfindən qəbul edilməməsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
Prezident Maduro iyulun 28-də keçiriləcək prezident seçkisində üçüncü dəfə partiyası tərəfindən rəsmi olaraq namizədliyini irəli sürüb.