Vaxt.Az

Ukraynada çağırış yaşı aşağı salındı


 

Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı

Ukraynada çağırış yaşı aşağı salındı Ukrayna əsgərlərin sayını artırmaq üçün müharibəyə çağırış yaşını iki il aşağı salmaq qərarına gəlib. Ukrayna prezidenti Vladimir Zelenski hərbi səfərbərlik yaşını iki il azaldıb, 27-dən 25-ə endirən qanun layihəsini imzalayıb. Bu addım Ukraynaya daha çox insanı hərbi xidmətə çağırmağa imkan verəcək.

Kiyev iki illik müharibədən sonra böyük itkilərlə üzləşdiyi halda, Rusiya canlı qüvvə baxımından böyük üstünlük əldə etmişdi.

Zelenski dekabr ayında daha 500 min əsgərə ehtiyac olduğunu açıqlamışdı. Qanun layihəsi 2023-cü ilin mayında deputatlar tərəfindən təsdiqlənsə də, Zelenski onu imzalamadığı üçün qüvvəyə minməmişdi.

Prezidentin ötən həftə qanun layihəsini imzalamağa məcburiyyətin səbəb hələlik bəlli deyil. Lakin Zelenski Rusiyanın bu il yaz və ya yay hücumuna başlamaq planları olduğuna dair xəbərdarlıq etmişdi.

Qeyd olunur ki, Zelenskinin qanun layihəsini imzalaması Ukraynanın Rusiyanın hücumuna hazırlaşarkən güclü müdafiə istehkamları yaratmaq səyinin göstəricisi ola bilər.

 





03.04.2024    çap et  çap et