ABŞ Elm və Texnologiya Siyasəti İdarəsinin (ETSİ) rəhbəri tərəfindən göndərilən memorandumda Kosmos Agentliyindən Ay mərkəzli vaxta istinad sistemi yaratmaq üçün digər ABŞ və beynəlxalq agentliklərlə işləmək xahiş olunur.
NASA-nın Koordinasiyalı Ay Saatı (KAS) adlanan vaxta tənzimləmə üçün 2026-cı ilin sonuna qədər zamanı var. Bu, Yerdəki kimi bir saat qurşağı deyil. Ay üçün dəqiq vaxt istinad çərçivəsini çəkmək üçün edilir.
***
Ayda cazibə qüvvəsi az olduğu üçün orada vaxt Yerlə müqayisədə bir qədər tez keçir. KAS bu fərqi aradan qaldırmaq üçün həddindən artıq dəqiqlik tələb edən Ay kosmik gəmiləri və peyklərə görə vaxt ölçmə meyarını təmin edəcək.
“Aydakı atom saatı Yerdəki saatdan fərqli bir sürətlə işləyəcək. Ay və ya Mars kimi başqa kosmik müstəviyə getdiyiniz zaman hər birində fərqli ürək döyüntüsünün olması məntiqlidir”, – NASA-nın baş kommunikasiya və naviqasiya şöbəsinin rəhbəri Kevin Coggins deyib.
NASA 2026-cı ilin sentyabrından başlayaraq Artemis proqramı vasitəsilə Ay səthinə astronavt missiyaları göndərməyi planlaşdırır. Bu proqram həmçinin Marsa gələcək missiyalar üçün zəmin yaratmağa kömək edə biləcək elmi Ay bazasının yaradılmasını da əhatə edir.
Bu səylərdə onlarla şirkət, kosmik gəmi və ölkə iştirak edir. ETSİ rəsmisi bildirib ki, vahid Ay vaxtı standartı olmadan kosmik gəmilər arasında məlumat ötürülməsinin təhlükəsiz olmasını, o cümlədən Yer, Ay peykləri, bazalar və astronavtlar arasında rabitənin sinxronlaşdırılmasını təmin etmək çətin olacaq. Rəsmi qeyd edib ki, vaxt uyğunsuzluğu Ayın ətrafında və ya orbitində yerlərin xəritələşdirilməsi və yerləşdirilməsi səhvlərinə də səbəb ola bilər.