Hakim Milli Yeniləşmə Hərəkatı partiyasının (MORENA) namizədi olan Qaytanın ölümünü rəsmi orqanlar sui-qəsd kimi qiymətləndirib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador açıqlamasında Qaytana hücumu pisləyib.
Obrador, sözügedən hücumların çox kədərli olduğunu və siyasətçilərin demokratiyanı müdafiə etmək üçün mübarizə apardıqlarını bildirib.
Qaytanın ölümü Meksikada 2 iyunda keçiriləcək ümumi seçkilər ərəfəsində siyasətçilərə qarşı artan zorakılıq aktlarını yenidən gündəmə gətirib.
Hər seçki dövründə siyasətçilərə qarşı zorakılığın artması müşahidə edilən Meksikada 2023-2024-cü il seçkiləri dövründə indiyədək 22 siyasətçi öldürülüb.
2024-cü ilin birinci rübündə 401 qətlin törədildiyi Quanaxuato Meksikada ən şiddətli hadisələrin yaşandığı əyalət oldu.
Ölkədəki kriminal dəstələr seçki dövründə namizədləri hədələyir və siyasətçiləri əməkdaşlığa məcbur etmək üçün zorakılıqdan alət kimi istifadə edirlər.
Meksikada 100 milyondan çox seçici iyunun 2-də keçiriləcək seçkidə ölkənin yeni prezidentini və parlament üzvlərini müəyyən etmək üçün səs verəcək.
***
Mərkəzi Amerikada yerləşən və 130 milyona yaxın əhalisi olan Meksika kartellərin idarə etdiyi ölkəyə çevrilib. Körfəz və Sinao karteli arasında uzun illərdir davam edən münaqişələr səbəbindən bölgədən zorakılıq xəbərləri dünya mediasında tez-tez səs-küy yaradır. Sinao və Körfəz kartelindən başqa ölkədəki ən qəddar qruplardan biri də “Yeni nəsil kartel” qrupudur. Ötən həftə ölkədə hiddətə səbəb olan hadisədə 8 yaşlı qıza cinsi təcavüz edən şəxslər linç edilib, 3 nəfərdən ikisi ağır yaralanıb, biri isə küçənin ortasında öldürülüb.