Həftə sonundan bəri Çinin cənubundakı Jianqxi əyalətində şiddətli fırtınalar davam edir. Fövqəladə daşqınlara nəzarət mərkəzinin məlumatına görə, əyalətin paytaxtı Nançanq və Jiujianq da daxil olmaqla 9 şəhəri və 54 mahalı əhatə edən fırtına 93 min insana ziyan vurub.İndiyədək ştatda 7 nəfər ölüb, onlardan 3-ü Nançanq şəhərinin sakinləridir. Ölənlər 11 və 20 mərtəbəli binadan yıxılaraq həyatlarını itiriblər.
Güclü yağış və doluya səbəb olan tufan nəticəsində 2 min 751 evə, 5 min 700 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.
Bildirilib ki, ilkin hesablamalara görə iqtisadi itkilər 150 milyon yuan (21,1 milyon ABŞ dolları) təşkil edib.
çap et