Vaxt.Az

“Haşdi Şabi”ni kim vurub?


 

Partlayış səsləri bu dəfə İraqdan gəldi

“Haşdi Şabi”ni kim vurub? İran və İsrail arasında cavab gərginliyi azalsa da, İraqdan yeni bir hücum xəbəri gəldi. Bağdadın cənubundakı Babil şəhərində yerləşən, İran rejiminə yaxınlığı ilə tanınan “Haşdi Şabi” yaraqlılarına məxsus Kalsu hərbi bazasına hücum edilib.

Hadisə nəticəsində 1 ölü, 8 yaralı var. “Haşdi Şabi” hücuma görə ABŞ-ın məsuliyyət daşıdığını bildirilib. İranın dəstəklədiyi silahlı birləşmələrə yaxın mənbələr ABŞ və ya İsrail döyüş təyyarələrinin hava hücumu təşkil etdiyini bildirsələr də, ABŞ Mərkəzi Komandanlığı bu iddiaları təkzib edib.

Digər təkzib isə İsraildən gəlib. CNN-in İsrail mənbəsinə əsaslanan xəbərinə görə, “Haşdi Şabi”ni hədəf alan hücumun arxasında duran nə ABŞ-dir, nə də İsrail. Terror təşkilatı İŞİD-in bölgədə belə bir hücumu həyata keçirmək imkanının olmadığını nəzərə alsaq, İranın dəstəklədiyi qruplaşmanın kim tərəfindən hədəf alındığı müəmma olaraq qalır.

 





21.04.2024    çap et  çap et