Vaxt.Az

Afrikada Fransa antipatiyası


 

Burkina Fasoda üç diplomat deportasiya edilib

Afrikada Fransa antipatiyası Qərbi Afrika ölkəsi olan Burkina Fasonun rəsmiləri təxribat aktlarında iştirak etdiklərini əsas gətirərək Fransa səfirliyinin üç diplomatının ölkədən çıxarılması barədə qərar verib. Xarici İşlər Nazirliyi “onlar təxribatçı fəaliyyətlərinə görə ölkə ərazisində arzuolunmaz şəxslər kimi təsnif edilir” deyib. Fransızlar isə bu iddianı təkzib edərək diplomatların rutin vəzifələrindən kənara çıxmadıqlarını bildiriblər.

Kapitan İbrahim Traore 2022-ci ildə Burkina Fasoda hakimiyyətə gəldikdən sonra keçmiş müstəmləkəçi gücə qarşı düşmənçilik ritorikasını mənimsəməsi ilə iki ölkə arasında münasibətlərdə gərginlik və böhran yaşanır.

Burkina Fasonun Xarici İşlər Nazirliyi bir memorandum yazıb və onu paytaxt Vaqaduqudakı Fransa səfirliyinə göndərib. Lakin memorandum dərhal dərc olunmayıb açıqlanana qədər məxfi qalıb.

Nazirlik bəyan edib ki, üç diplomat “persona-non qrata” elan edilib və onlardan 48 saat ərzində ölkə ərazisini tərk etmələrini tələb edib.

Burkina Fasoda yayımı qadağan edilən “Radio France Internationale” bildirib ki, üç diplomat “son günlərdə qeyri-hökumət təşkilatları, bəzi nüfuzlu şəxslərlə, o cümlədən İş adamları, bəzi qurumların rəhbərləri ilə sosial mediada görüşlər və klassik diplomatik fəaliyyətlər həyata keçiriblər”. Fransanın dövlət radiostansiyası bəyan edib ki, üç diplomat bu tip görüşlər keçirdiyini təsdiqləyib.

“Radio France Internationale” bildirib ki, fransız diplomatlardan biri Vaqaduqu arzuolunmaz şəxs elan ediləndən sonra Burkina-Fasonu tərk edib. Lakin digər ikisi ilə bağlı heç bir təfərrüat verməyib.

 





21.04.2024    çap et  çap et