Ukraynada yerləşən “War Obozrevatel” saytı isə naməlum mənbələrə istinadən hücumun “modernləşdirilmiş sovet raketləri ilə həyata keçirildiyini və bunun rusları şoka saldığını” iddia edib.
Hücumda İngiltərə-Fransa birgə istehsalı olan SCALP qanadlı raketi və ABŞ istehsalı olan GLSDB bombalarından istifadə edilmiş ola biləcəyi də ifadə edilib. “Ukraine Battle Map”in “Twitter” hesabında edilən paylaşımda zərərin 100 milyon ilə 300 milyon dollar arasında ola biləcəyi güman edilir.
Krımdakı hərbi bazanın Rusiya Hərbi Hava Qüvvələrinə aid olduğu, bir “S-400” batareyası, üç buraxılış meydançası və bir radarın məhv edildiyi iddia edilir.
Hücumun Ukrayna ordusu və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) koordinasiyası ilə həyata keçirildiyi bildirilib. Bundan əlavə, elə həmin gecə Rusiyanın Krasnodar diyarının Korenovsk şəhərinə də hücumun həyata keçirildiyi bildirilib.
Hücum zamanı bazada iki “S-300” müdafiə sistemi batareyasının təmir olunduğu da söylənilir. Hücum zamanı onların zərər görüb-görmədiyi barədə məlumat paylaşılmayıb.
Rusiya və Ukrayna rəsmiləri hələlik hücumla bağlı açıqlama verməyib.