“Reuters”in nəzərdən keçirdiyi hesabatda müşahidəçilər Təhlükəsizlik Şurasına 2024-cü il yanvarın 2-də Ukraynanın Xarkov şəhərinə atılan raketin qalıqlarının Koreya Xalq Demokratik Respublikasının (KXDR) “Hwasong 11”-ə aid olduğunu bildiriblər. Hücum nəticəsində azı 3 nəfər ölmüş, 62 nəfər yaralanmışdı.
Hesabatda qeyd olunub ki, Rusiya Şimali Koreya raketlərindən Ukraynada istifadəsi etməklə BMT-nin 2006-cı ildə Şərqi Asiya ölkəsinə tətbiq etdiyi silah embarqosunu pozub.
“Ukrayna rəsmilərinin verdiyi trayektoriya məlumatları raketin Rusiya Federasiyası ərazisindən buraxıldığını göstərir”, – müşahidəçilər Təhlükəsizlik Şurasının Şimali Koreya sanksiyaları komitəsinə bildiriblər.
Silahın qalıqlarını araşdırmaq üçün aprelin əvvəlində Ukraynaya gedən sanksiya müşahidəçiləri raketin Rusiya istehsalı olmasına dair heç bir sübut tapmayıblar. Hesabatda bildirilib ki, “raketin haradan və kim tərəfindən buraxıldığı müəyyən edilməyib”.
Şimali Koreya nüvə raket proqramına görə BMT-nin sanksiyalarına məruz qalır və nüvə silahını sınaqdan keçirmək və istifadə etmək qadağandır. Bununla belə, Kim Çen In rejimi sanksiyalara məhəl qoymur və bir sıra silahları sınaqdan keçirir və bəzi raket sistemlərini Rusiya ilə paylaşır.
KXDR təkcə ötən il ölkə 30-dan çox ballistik raketi, o cümlədən 5 qitələrarası ballistik raketi sınaqdan keçirib.