Cəbhədən evə qayıtdıqdan sonra qətl törədən rus əsgərlərinin sayı son iki ildə döyüş meydanında xidmətlə bağlı “xroniki psixi sağlamlıq” problemləri səbəbindən sürətlə artıb.
Moskvanın Ədliyyə Departamentinin məlumatları göstərir ki, 2023-cü ildə 113 keçmiş hərbi qulluqçu məhkum edilib. Bu rəqəm 2022-ci ildə cəmi 13 məhkumluqla müqayisədə təxminən 900 faiz artım deməkdir.
Qətllərin sayının çox olması cəbhədən qayıtdıqdan sonra müharibədə iştirakına və post-travmatik stress pozğunluğuna görə əfv edilmiş minlərlə keçmiş məhkumun azadlığa buraxılması ilə bağlıdır.
“Rossiya Behind Bars” qeyri-hökumət təşkilatı Ukrayna müharibəsində iştirakına görə əfv olunan 15 min məhbusun cəbhədən vətənə qayıtması ilə bağlı bəyanat verib.
“Hazırkı və istefada olan rus əsgərləri tərəfindən törədilən qətllərin çox olması, ehtimal ki, müharibə ilə bağlı xroniki zəif psixi sağlamlıq problemlərinin davam etməsi ilə əlaqədardır.
Bunlara travma sonrası stress pozğunluğu və döyüş meydanında zorakılığa həssaslıq daxildir. Aşağı əhval-ruhiyyə və cansıxıcılıq nəticəsində yaranan narkotik istifadəsi və alkoqolizm də çox güman ki, kömək edən amillərdəndir.
Cinayət törətməyə və həddindən artıq zorakılığa meylli keçmiş məhkumların cəmiyyətə qayıtması vəziyyəti daha da ağırlaşdırır”.
Təşkilat bəyan edib ki, 2023-cü ildə əvvəllər məhkum olunmuş şəxslərə qarşı təxminən 190 cinayət işi qaldırılıb, onlardan 20-si adam öldürmə və ya adam öldürməyə cəhd olub.
Bun misal olaraq, keçmiş Vaqner üzvü əfv olunduqdan sonra yaşlı qadını öldürmək və zorlamaq ittihamı ilə 22 il həbs cəzasına məhkum edilib.
2022-ci ilin yayında başlayan rus məhbuslarının kütləvi şəkildə cəlb edilməsinə Vaqner özəl hərbi qrupunun keçmiş rəhbəri Yevgeni Priqojin rəhbərlik edirdi.
“Fırtına-Z” bölməsində xidmət edən məhbuslara təmiz tarix, tam amnistiya və 6 ay döyüş meydanında xidmət etdikdən sonra evə qayıtmaq icazəsi təklif edilmişdi.
Priqojin avqust ayında təyyarə qəzasında ölməzdən əvvəl bu müqaviləyə əsasən təxminən 50 min rus məhbusunun cəbhəyə göndərildiyini söyləmişdi.
Onlardan bir çoxu döyüşlərdə ölsə də, xeyli sayda, o cümlədən zorakı cinayətlərə görə məhkum edilmiş onlarla məhbus Rusiyaya qayıdıb.
Rusiya ordusu bu proqramı sərtləşdirdi. Amnistiya hüququ ləğv edildi və məhbusların müharibənin sonuna qədər hərbi xidmət keçməsinə qərar verildi.