Vaxt.Az

Tehran Əsədi məcbur edir


 

Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir

Tehran Əsədi məcbur edir İran Suriya hökumətinə iki ölkə arasında imzalanmış sazişləri yerinə yetirmək, o cümlədən 50 milyard dollarlıq borcunu ödəmək üçün təzyiq göstərir. Mənbələr bildiriblər ki, İran prezidenti İbrahim Rəisinin Suriyaya son səfəri zamanı iki ölkə arasında imzalanmış Strateji Əməkdaşlıq Anlaşma Memorandumunun, eləcə də borcun qaytarılması üçün imzalanmış digər sazişlərin həyata keçirilməsinin vacibliyini vurğulamasından sonra Tehran Dəməşqə təzyiqi artıb.

“Asharq al-Awsat”a danışan iqtisadi ekspert deyib: “Müharibə illərində bütün sektorlara təsir edən böyük dağıntılar səbəbilə, istehsal ciddi şəkildə azaldı. Bununla da hökumətin resursları tükəndi. Əsas müttəfiq Rusiyanın başı Ukraynadakı müharibə qarışdıqdan sonra onun yerini İran tutdu”.

Ekspert Tehranın Suriya hökumətinin nəzarətində olan bölgələrdəki iqtisadi çöküşdən “bəhrələndiyini” bildirib. İran Əsəd rejiminə Suriyada əsas sərmayədar olmaq istədiyini bildirib. Suriyalı ekspert vurğulayıb ki, ərəb ölkələri və digər dövlətlər Suriyaya sərmayə qoymaqdan çəkindiyi üçün Dəməşq bir çox malların, xüsusilə neft, təbii qaz və əsas ərzaq məhsullarının yeganə tədarükçüsü olan Tehranın təzyiqinə boyun əymək məcburiyyətində qalıb.

 





30.04.2024    çap et  çap et