Vaxt.Az

Türkiyənin namizədi bəlli oldu


 

NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir

Türkiyənin namizədi bəlli oldu Türkiyə NATO-nun növbəti baş katibi seçimində Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəklədiyini açıqlayıb.

Bu barədə Fransanın AFP xəbər agentliyinə danışan Xarici İşlər Nazirliyi sözçüsü Öncü Keçəli bildirib. Bu qərar Ruttenin ötən həftə İstanbulda prezident Tayyib Ərdoğanla görüşündən sonra bildirilib.

Prezident Ərdoğan Mark Rutte ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Türkiyənin NATO-ya namizəd olma qərarının “səbəb”ə əsaslanacağını bildirmişdi. Bu vəzifəyə digər namizəd Rumıniya prezidenti Klaus İohannisdir. Lakin Almaniya, ABŞ və Fransa kimi NATO-nun ən mühüm ölkələri Rutteyə dəstək verəcəklərini açıqlayıblar. 2014-cü ildən NATO-nun baş katibi olan Yens Stoltenberqin səlahiyyət müddəti bir neçə dəfə uzadılıb. Amma, NATO ölkələri Stoltenberqin varisinin yaxın günlərdə müəyyənləşdirilməsini istəyirlər.

Qeyd edək ki, Mark Rutte hələ də Hollandiyanın baş naziri olsa da, yeni hökumət qurulana qədər bu vəzifəni etibarnamə ilə icra edir.

 





30.04.2024    çap et  çap et