Vaxt.Az

«Sevir-sevmir» sərgisi


 

Bakıda müasir incəsənət əsərləri nümayiş olunur

«Sevir-sevmir» sərgisi YARAT müasir incəsənət məkanı Heydər Əliyev Mərkəzində yeni sərgiyə start verir. «Sevir-sevmir» adlandırılan sərgidə Azərbaycanın və qonşu ölkələrinin müasir incəsənət əsərləri nümayiş olunacaq.

Bu əsərləri Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssam son illərdə yaradıb ərsəyə gətirib. Bakıda yerləşən və müasir incəsənət sahəsində fəaliyyət göstərən YARAT qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan və dəstəklənən, kuratoru Dina Naseri-Xadivi olan sərgi 4 aprel - 25 may 2014-cü il tarixlərində Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

İştirak edən rəssamlar:

Rəşad Ələkbərov (Azərbaycan)

Afruz Amigi (İran)

Şoja Azari (İran)

Rəşad Babayev (Azərbaycan)

Mahmud Baxşi (İran)

Ali Banisadr (İran)

Əli Həsənov (Azərbaycan)

Orxan Hüseynov (Azərbaycan)

Sitara İbrahimova (Azərbaycan)

Aida Mahmudova (Azərbaycan)

Taus Maxaçeva (Rusiya)

Fərhad Moşiri (İran)

Fərid Rəsulov (Azərbaycan)

«Slavyanlar və Tatarlar» qrupu (Avrasiya)

İliko Zautaşvili (Gürcüstan)

Faiq Əhməd (Azərbaycan)

 

Giriş 5 manatdır.

İş saatları (bazar günündən başqa): bazar ertəsi - cümə 11.00 - 19.00, şənbə 11.00 - 18.00

Ünvan: Bakı şəh., Heydər Əliyev pr., 1. Əlaqə telefonu: (012) 505 1414

 





03.04.2014    çap et  çap et