Hesabatda qurbanların 2023-cü ildə 3,4 milyard dollardan çox aldadıldığı və 60 yaşdan yuxarı insanlardan gələn şikayətlərin əvvəlki ilin məlumatlarından təxminən 11 faiz çox olduğu məlumatı paylaşılıb.
FTB-nin Cinayət Axtarış Departamenti direktorunun müavini Ceyms Barnakl hadisənin ciddiliyini vurğulayaraq, “Bu vəziyyət pul qazanmaq imkanı olmayan insanlar üçün dağıdıcı ola bilər. İnsanlar bütün əmanətlərini itirirlər”, – deyib.
Yaşlı amerikalıları hədəf alan mütəşəkkil cinayət cəhdlərinin müxtəlif taktikalardan istifadə etdiyinə diqqət çəkən Barnakl, “fırıldaq sxemlərinin bir çoxu qurbanların bank köçürmələri və ya kriptovalyuta köçürmələri ilə pul göndərməsini əhatə edir”, – deyib.