Vaxt.Az
“Nasist salam”ı ilə anım
49 il əvvəl öldürülən ifrat sağçı gəncin şərəfinə yürüş keçirilib
İtaliyanın Milan şəhərində neofaşist qruplar tərəfindən 49 il əvvəl öldürülən ifrat sağçı hərbçi Sergio Ramellinin xatirəsi anma tədbiri keçirilib. Ramellinin ölümünə səbəb olan hücumun baş verdiyi yerə toplaşan 1500-ə yaxın insan “Nasist salamı” və ya “faşist salamı” kimi tanınan işarəni göstərib və Ramelli üçün “Burada” qışqırıb.Daha sonra bu qrup məşəllərlə təhlükəsizlik
qüvvələrinin müşayiəti ilə səssizcə yeriyib.
Baş nazir Giorgia Meloninin ifrat sağçı “İtaliya
Qardaşları Partiyası” də sosial media hesablarında Ramelli üçün xatirə mesajı
paylaşıb.
Sosial media platformalarında yazılan şərhlərdə
neofaşist qrupların bu cür tədbirlər təşkil etmələri tənqid edilib və bunun
artıq ölkədə mövcud olan “faşizmi mədh etmək” cinayətinin əhatəsinə düşdüyü irəli
sürülüb.
30.04.2024 çap et