Ağır çəkili boks üzrə keçmiş dünya çempionu Mayk Tayson və “YouTuber” boksçusu Ceyk Pol iyulun 20-də ABŞ-ın Texas ştatındakı AT&T stadionunda üz-üzə gələcəkləri açıqlanıb.57 yaşlı Taysonla 27 yaşlı Pol arasında baş tutacaq qarşılaşmanın şou xarakterli yox, peşəkar görüş olacağı bildirilir. Hər biri iki dəqiqə olmaqla 8 raund olaraq planlaşdırılan qarşılaşma rəqəmsal platformada canlı yayımlanacaq.
çap et