Federal səviyyədə edilməsi planlaşdırılan dəyişikliklə marixuana dərhal qanuniləşdirilməyəcək, lakin tibbi yönümdən istifadəsi asanlaşdırılacaq.
Federal qanunlara görə, marixuana sui-istifadə potensialı yüksək olan və tibbi istifadəsi olmayan maddə hesab olunur. Planlaşdırılan dəyişikliyə əsasən, narkotik vasitə reseptlə satılan dərmanlarla eyni səviyyəyə gətiriləcək. Sözügedən təklifin nəzərdən keçirildikdən sonra Ağ Evə göndərildiyi bildirilib.
Bu addımın ştatlarda marixuana sənayesini gücləndirəcəyi və bəzi şirkət səhmlərinin bahalaşdığı bildirilir.
Planlaşdırılan dəyişikliyin ölkədə uzun müddət narkotiklərə qarşı apardığı müharibənin səbəb olduğu irqi bərabərsizliyi yaxşılaşdırmağa çalışan prezident Co Bayden üçün siyasi qazanc ola biləcəyi şərh edilir.
Bu siyasət dəyişikliyi ölkədə marixuananın əldə edilməsinin həmişəkindən daha asan olması və çox milyardlarla dollarlıq sənayeyə çevrilməsi ilə əlaqədardır. Tibbi marixuana 38 ştatda qanunidir. 24 ştatda isə istirahət məqsədilə istifadəsinə icazə var.