Vaxt.Az

Təcavüz etdikdən sonra öldürüblər


 

Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu

Təcavüz etdikdən sonra öldürüblər 2022-ci ildə İranda rejim əleyhinə etiraz aksiyasına qatıldıqdan sonra ondan xəbər alınmayan 16 yaşlı Nika Şəkərəminin 3 təhlükəsizlik əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qalaraq öldürüldüyünə dair sənədlər sızdırılıb.

“BBC” xəbərlərinə görə, təhlükəsizlik qüvvələri tərəfindən yazılan “tam məxfi” sənəddə ölkənin İslam qurumlarını müdafiə edən təhlükəsizlik qüvvəsi olan İnqilab Keşikçiləri Ordusu (SEPAH) tərəfindən keçirilən dinləmənin xülasəsi yer alıb. Şakarami qatillərinin və hadisəni gizlətməyə çalışan yüksək rütbəli komandirlərin adlarının da yer aldığı sənəddə təhlükəsizlik qüvvələrinin gənc qızı saxladığı sənədsiz mikroavtobusun arxasında baş verənlərlə bağlı narahatedici detallar var.

Şakarami 2022-ci ilin sentyabrında Məhsa Əmini adlı qadının hicab taxmadığı üçün həbsdə olarkən ölümündən sonra ölkədə başlayan etiraz aksiyalarından birində yoxa çıxıb. Ailəsi Şakaraminin cəsədini 9 gün sonra morqda tapıb və İran rəsmiləri gənc qızın intihar edərək öldüyünü iddia ediblər.

 





01.05.2024    çap et  çap et