Vaxt.Az

Məsciddə terror


 

İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb

Məsciddə terror Aprelin 29-da vaxtla 21:00 radələrində Herat vilayətində Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə silahlı hücum baş verib. Terror nəticəsində 6 nəfər həyatını itirib. Hücumu İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Taliban hökuməti Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Kani Metin sosial media platformasında verdiyi açıqlamada, Güzera rayonunda məscidə hücum edən şəxsin Kalaşnikov avtomatından atəş açması nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirib.

Metin hadisə ilə bağlı ətraflı açıqlamanın daha sonra veriləcəyini qeyd edib.

Digər tərəfdən “TOLO News” kanalı şiə məscidinə edilən hücumda aralarında məscid imamı da daxil olmaqla 7 nəfərin öldüyünü açıqlayıb. İŞİD “Telegram” sosial şəbəkəsində verdiyi açıqlama ilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 





01.05.2024    çap et  çap et