Vaxt.Az

“Zombi maral xəstəliyi” epidemiyası


 

ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?

“Zombi maral xəstəliyi” epidemiyası İlk dəfə 1960-cı illərdə Koloradoda aşkar edilən və maral, sığın və uzunqulaqların sinir sistemlərinə təsir edən xəstəliyin məlum müalicəsi yoxdur.

ABŞ-nin İndiana ştatının rəsmiləri, maralda ilk xroniki arıqlama xəstəliyini (“CWD”) aşkar etdiklərini açıqlayıb. İndiana “Zombi maral xəstəliyi” adlandırılan bu xəstəliyin vəhşi təbiətdə qeydə alınan 33-cü ştat olub.

Ştatın Təbii Sərvətlər Departamentinin (TSD) məlumatına görə, yoluxmuş heyvan, “LaGrange County”də ov mövsümündə ovçular tərəfindən vurulan ağ quyruqlu maral olub.

Departament rəsmisi “hazırda maralları xəstəlikdən müalicə etmək, həmçinin yoluxmasının qarşısını almaq, o cümlədən epidemiyanın yayılmasını dayandırmaq və ya əhəmiyyətli dərəcədə yavaşlatmaq və ya maral sürüsünü virusdan təmizləmək üçün sübut olunmuş heç bir idarəetmə tədbirləri yoxdur”, – deyib.

Bu, xüsusilə Miçiqan sərhədi boyunca virusun yayılma ehtimalına əsaslanaraq xəstəliyin tapılmasını gözlənilən “LaGrange County” kimi bölgələrə aiddir.

İlk dəfə 1960-cı illərdə Koloradoda kəşf edilən “CWD” prion adlı səhv qatlanmış zülaldan qaynaqlanır və maral, sığınların sinir sisteminə təsir göstərir.

Xəstəlik canlıların letargik görünməsinə, qeyri-sabit hərəkət etməsinə səbəb ola bilər. Virusa yoluxan heyvanlar həddindən artıq arıq olur və tez ölürlər.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (XNQAM) ovçulara xəstə, ölü və ya qəribə hərəkətlər edən marallardan çəkinməyi, ova əlcək və digər sanitar prosedurlarla toxunmağı tövsiyə edir.

Ovçulara həmçinin dövlətin dərc olunmuş tövsiyələrinə əməl etməyi və mümkünsə ov ətlərini yoxlamaq üçün laboratoriyalardan istifadə etməyi tövsiyə edir.

İndiana sakinləri suallarla bağlı TSD-nin Maral Xəstəliyi Qaynar Xəttinə zəng edə bilərlər.

Marallar arasında yoluxucu olan və bədən təması, bədən mayeləri və çirklənmiş mühitlər yolu ilə yayılan “CWD” illərlə torpaqda qala bilir.

Bu xəstəlik Ohayo, Miçiqan, İllinoys və Kentukki kimi İndianaya yaxın ştatlarda heyvanlarda müşahidə olunub.

XNQAM, “Bu günə qədər insanlara yoluxmasına dair heç bir sübut yoxdur və insanların bu virusa yoluxa biləcəyi məlum deyil”.

Tədqiqatçılar ölümcül beyin xəstəliyi ehtimalına qarşı yoluxmuş maral əti yeyən iki ovçunun analizlərini yoxlayıblar. Hər hansı şübhəli hala rast gəlinmədiyi üçün daha dərin araşdırmaya ehtiyac olduğu qənaətinə gəliblər.

 





01.05.2024    çap et  çap et