Vaxt.Az

6.5 milyard dollarlıq vəd


 

“Johnson & Johnson” anlaşma təklif edir

6.5 milyard dollarlıq vəd ABŞ-nin kosmetika və gigiyenik məhsullar istehsalçısı “Johnson & Johnson”, körpə pudrası və digər məhsulların xərçəngə səbəb olduğu iddiası ilə açılan məhkəmə proseslərində güzəştə getmək üçün 6,48 milyard dollarlıq plan təklif edib.

“Johnson & Johnson” məhsullarının yumurtalıq xərçənginə səbəb olduğu iddiası ilə Birləşmiş Ştatlarda açılan demək olar ki, bütün məhkəmə iddialarında razılığa gəlmək planını açıqlayıb.

Şirkətdən verilən bildirişdə, planın “Johnson & Johnson”un 25 il ərzində iddiaçılara təxminən 6,48 milyard dollar ödəyəcəyini vəd etdiyi ifadə edilib.

Bildirilir ki, plan işlərin şirkətin törəmə şirkəti “LTL Management”in iflas ərizəsi vasitəsilə həllinə imkan verəcək.

“Johnson & Johnson”un Ümumdünya Hüquqi Mübahisələr üzrə vitse-prezidenti Erik Haas, mövzu ilə bağlı verdiyi açıqlamada, iddiaçıların vəkilləri ilə işi bitirmək üçün işlədiyini bildirdi.

 





01.05.2024    çap et  çap et