Vaxt.Az

Oğurluqda günahlandırılır


 

Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb

Oğurluqda günahlandırılır ABŞ-nin 8 böyük qəzeti “ChatGPT” istehsalçısı “OpenAI” və “Microsoft”u müəllif hüquqlarının pozulmasına görə məhkəməyə verib.

Səkkiz Amerika qəzeti, o cümlədən “New York Daily News”, “Chicago Tribune” və “Denver Post” “AI chatbot” istehsalçısı “OpenAI” və onun dəstəkçisi “Microsoft”a qarşı iddia qaldıraraq, texnoloji şirkətləri “AI chatbot”larını öyrətmək üçün icazəsiz milyonlarla müəllif hüququ ilə qorunan xəbər məqalələrindən istifadə etməkdə günahlandırdı. KİV texnoloji şirkətlər barədə heç bir ödəniş ödəmədən “oğurluq” etdiklərini də iddia edib. Qəzetlər öz yazılı açıqlamalarında “Məlumat toplamaq və xəbər hazırlamaq üçün milyardlarla dollar xərclədik. “Biz OpenAI” və “Microsoft”un işimizi oğurlamasına icazə verə bilmərik”, – deyib.

“Microsoft” bu məsələ ilə bağlı şərh verməkdən imtina edib. “OpenAI” öz bəyanatında xəbər təşkilatlarını dəstəkləməyə qayğı göstərdiyini bildirib.

Digər tərəfdən, “New York Times” və bəzi media qurumları daha əvvəl “OpenAI”yə qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırmışdı. Texnologiya şirkətləri süni intellektə öyrətmək üçün İnternetdə açıq olan məzmundan istifadənin ABŞ müəllif hüquqları qanununun “ədalətli istifadə” doktrinasına uyğun olduğunu iddia edirlər. Bəzi hallarda şirkətlər yayımçılara onların məzmunundan istifadə etmək üçün pul ödəyirlər. “Associated Press” xəbər agentliyi keçən il qonorar ödəmək üçün “OpenAI” ilə razılaşdı. Texnoloji şirkət  həmçinin Almaniyada “Axel Springer”, İspaniyada “Prisa Media”, Fransada “Le Monde” qəzeti və Britaniyada isə  “Financial Times” ilə lisenziya müqavilələri bağlayıb.

 





02.05.2024    çap et  çap et