Zelenski NATO-ya üzvlüyün Ukraynanın müstəqilliyinə zəmanət verəcəyini vurğulayaraq, “Ukraynanın alyansa qəbul edilməsi üçün biz qalib olmalıyıq”, – deyib.
Ukrayna 2022-ci ilin sentyabrında alyansa üzv olmaq üçün rəsmi müraciət edib. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna uzunmüddətli perspektivdə alyansın bir hissəsi olacaq. Lakin NATO hələ ki, Kiyev administrasiyasına üzvlük prosesinin başa çatması üçün dəqiq qrafik təqdim etməyib.
Digər tərəfdən, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü İlya Evlaş, ABŞ istehsalı olan “F-16” qırıcılarının bu ay hazır ola biləcəyini iddia etdi. Evlaş, Hollandiya və Danimarkadan göndəriləcək reaktiv təyyarələrin qrafikinin hələ müəyyən edilmədiyini, lakin bəzi təyyarələrin mayın 5-dən sonra Ukraynaya çatacağını düşündüklərini bildirib.
ABŞ Konqresinin aprelin 23-də keçirilən sessiyasında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım paketini ehtiva edən qanun layihəsi təsdiqlənib. 61 milyard dollarının Ukrayna üçün ayrıldığı paket ertəsi gün ABŞ prezidenti Co Baydenin imzası ilə qanuna çevrildi.