Vaxt.Az

Sərkisyan istefa verdi


 

Ermənistanın hökuməti başsız qaldı

Sərkisyan istefa verdi Ermənistanın baş naziri Tiqran Sərkisyan istefa verib. APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov bildirib.

«Baş nazirin istefası Ermənistan Respublika Partiyası tərəfindən qəbul olunub» deyə Eduard Şarmazanov hakim Respublika Partiyasının idarə heyətinin iclasından sonra bildirib.

«Tiqran Sərkisyan hələ bir ay əvvəl bu xahişlə prezidentə müraciət edib, lakin, Konstitusiya Məhkəməsində icbari pensiya sisteminə dair dinləmələr keçirildiyinə görə səbəbindən prezident ondan gözləməsini xahiş edib və bu gün baş nazirin xahişi təmin edilib», deyə o əlavə edib.  

Qeyd edək ki, Tiqran Sərkisyan Ermənistan hökumətinə 2008-ci il aprelin 9-dan rəhbərlik edir.

 





03.04.2014    çap et  çap et