Şimali Reyn-Vestfaliya əyalətindəki partlama yerli vaxtla saat 02.25 radələrində baş verib. Partlayışdan sonrakı yanğın səsəbilə əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Alov yuxarı mərtəbələrə və park edilmiş avtomobillərə keçib. Çox sayda sakin nərdivanlarla eyvandan çıxarılıb. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada ölü və yaralılar barədə məlumatı təsdiqləyib. Faciənin səbəbi hələlik məlum deyil.