Buffetə məxsus “Berkshire Hathaway” holdinqinin sənədlərində Mərkəzi ofisi Sürixdə yerləşən “Chubb” sığorta şirkətinin ümumi dəyəri 6,7 milyard dollar olan səhmlərindən 26 milyonunu satın aldığı bildirilir.
Əsası 1882-ci ildə qoyulan məşhur müştəriləri arasında “Titanik” gəmisi və sabiq ABŞ prezidenti Donald Trampın olduğu “Chubb”ın səhmləri bu xəbərdən sonra 8 faizdən çox bahalaşıb. Dünən axşam sığorta şirkətinin səhminin dəyəri 264 dollar çatmşdı.
Bu məlumat holdinqin mayın əvvəlində Omahadakı keçirilən illik toplantısında gündəmə gətirilmədi. Çünki investisiyaları məxfi saxlamaq üçün holdinqə iki rüb ərzində məxfilik səlahiyyəti verilmişdi.
Dünyanın ən böyük 2-ci holdinqi “Berkshire Hathaway” investisiyaları üçün ümumiyyətlə məxfilik tələb etmir. Holdinq sonuncu dəfə 2020-ci ildə “Chevron” və “Verizon”a sərmayə qoyarkən oxşar tələblə çıxış edib.
CNBC-nin məlumatına görə, “Chubb” səhmləri “Berkshire Hathaway”in mart ayının sonuna olan 9-cu ən böyük investisiyası olub.
Bu gün 54 ölkədə xidmət göstərən 142 yaşlı “Chubb” sığorta biznesilə məşğuldur. Onun şirkətlərindən biri hətta batan “Titanik” gəmisində yük və sərnişin baqajının bir hissəsini sığortalayıb.
Bu hadisə barədə sığorta şirkətin açıqlamasında qeyd olunur: “110 il əvvəl bu gün Titanik aysberqə çırpıldı və üç saatdan az bir müddət sonra batdı. Şirkətlərimiz gəminin ödəniş sığortasında iştirak etmişdilər (zərərin qeydlərindən biri burada göstərilmişdir), həmçinin bəzi yük və sərnişin baqajlarını sığortalamışdılar”.
Sığorta şirkəti sonuncu dəfə mart ayında Jurnalist Cin Kerrolun E.Jean Carroll tərəfindən irəli sürülən iddiada Donald Trampın təxminən 92 milyon dollarlıq apelyasiya girovunu dərc etməyə razılıq verdikdə dünya mediasının gündəminə çıxmışdı.
“Geico” və “General Re” təkrarsığorta şirkətlərində də pay sahibi olan “Berkshire Hathaway” 2022-ci ildə əsası 1929-cu ildə qoyulan “Alleghany” sığorta şirkətinin səhmlərini 11,6 milyard dollara satın alıb.
“Chubb”da pay almaq üçün atılan addım “Berkshire Hathaway”ın maliyyə sektoruna son investisiyaları ilə uyğun gəlir. Holdinq son bir neçə ayda “Ally Financial”, “American Express” və “Bank of America”ya da sərmayə qoymuşdu.
O, həmçinin fevral ayında 10 milyonluq “Apple” səhmini satmaq da daxil olmaqla istehlak məhsullarından investisiyalarını geri götürüb. Bu satışa baxmayaraq, “Berkshire Hathaway”ın hələ də “Apple”in ən böyük səhmdarı olaraq qalır. O, həmçinin 2023-cü ilin 4-cü rübündə 80 milyonluq “HP” səhmini sataraq texnologiya nəhəngindəki payını 78 faiz azaldıb.