Vaxt.Az

Əgər qəza deyilsə, ...?


 

“İranın sui-qəsdlərə meylli siyasi mədəniyyətində çox az adam Rəisinin ölümünün təsadüf olduğuna inanacaq”

Əgər qəza deyilsə, ...? Vertolyotu qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin tapılması üçün tədbir görülərkən, hadisənin qəza olmadığını düşünənlər “Bunu kim edə bilərdi?” sualını verdi və buna cavab axtarmağa başladı.

Ölkənin 85 yaşlı ali dini lideri Əli Xamneyinin yerinə gəlməsi gözlənilən prezidentin ölümü hazırda araşdırılır. Mümkün səbəblərə illərlə davam edən sanksiyalar və duman, yağış və külək kimi pis hava şəraiti səbəbindən təyyarələrə texniki xidmət göstərə bilməmək də daxildir.

Ancaq Tehran küçələrində atəşfəşanlıqlar Rəisinin ölkədə hər kəs tərəfindən sevilmədiyinə işarə ola bilər. Ölkəni 35 il idarə edən Xamneyinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlərin taxt-tac uğrunda mübarizəni qızışdırması da mümkündür.

Ekspertlər deyirlər ki, 63 yaşlı Rəisi ölkənin birinci yeri uğrunda Xamneyinin kiçik oğlu Müctəba ilə yarışır. ABŞ-də yerləşən Karnegi Beynəlxalq Sülh Fondundan Kərim Sacapur məsələni belə şərh edir: “Rəisinin ölümü İranda varislik böhranına səbəb ola bilər. 85 yaşlı dini lideri əvəz edə biləcək namizədlər arasında yalnız onun və Müctəba Xameneinin adı çəkilirdi. İranın sui-qəsdlərə meylli siyasi mədəniyyətində çox az adam Rəisinin ölümünün təsadüf olduğuna inanardı”.

İsraillə davam edən gərginlik də digər şübhələrə yol açır. Çünki aprelin 1-də Suriyada iki generalı öldürülən Tehran bu hadisədən iki həftə sonra pilotsuz təyyarələr və raketlərlə İsrailə hücum etmişdi. İsrailin buna zəif reaksiyası ilə gərginliyin hələlik sakitləşdiyi düşünülürdü. Ancaq Rəisinin qəzası ilə bütün gözlər İsrailə çevrildi.

Adının açıqlanmasını istəməyən “Reuters” agentliyinə danışan İsrail rəsmisi vertolyotun qəzaya uğraması ilə heç bir əlaqələrinin olmadığını deyib.

 





20.05.2024    çap et  çap et