“Müqəddəs Hörümçək” (Holy Spider) filmi ilə mükafatlar qazanan Əli Abbasinin rejissoru və Qabriel Şermanın ssenari müəllifi olduğu film Trampın 1980-ci illərdə Amerikadakı yüksəlişindən və onun sağçı vəkil Roy Kon tərəfindən mentorluğundan bəhs edir. Trampı 41 yaşlı Sebastyan Sten, Roy Konu isə “Succession” filminin mükafatlı ulduzu Ceremi Stronq canlandırıb.
Filmdə “Borat 2” serialının ulduzu Mariya Bakalova İvana Trampa, Martin Donavan isə keçmiş prezidentin atası Fred Tramp isə həyat verib.
ABŞ-da nümayişi üçün hələ də distribütor tapılmayan filmlə bağlı rəylər əsasən müsbətdir. “The Apprentice” “Rotten Tomatoes” icmal saytında 100 baldan 80-ni toplayıb.
***
Donald Trampın kampaniyası filmi məhkəməyə verməklə hədələsə də, Abbasi keçmiş prezidentə filmi göstərməyi və onunla dram haqqında danışmağı təklif edib. İran əsilli danimarkalı rejissor “Məncə, bu, onun sevməyəcəyi bir film deyil”, – deyib.
“Hamı onun bir çox insanı məhkəməyə verməsindən danışır”, – Abbasi əlavə edib: “Amma uğur nisbətindən ümumiyyətlə danışmırlar, bilirsinizmi?”
“Hollywood Reporter”in baş kino tənqidçisi Devid Runi film haqqında yazıb: “Abassinin filminin ən çox açıqladığı şey, müasir reallığımızın qaçılmaz hissəsi olan toksikliyin yarım əsr əvvəl iki insanın bədxassəli ittifaqı tərəfindən nə dərəcədə formalaşmasıdır”.
“The Guardian”ın müxbiri Peter Bradşou yazıb ki, Tramp “70-ci illərin ev sahibliyi, daşınmaz əmlak və tabloid şöhrətindəki ilk sərgüzəştləri haqqında bu incə və ironik televiziya filmi üslubunda izahatdan heç də narahat olmayacaq”.
***
Bradşou əlavə edib ki, Abbasinin keçmiş prezidentə münasibəti “Trampın digər satiralarından kopyalanmış, onun siyasi gələcəyinin peyğəmbərlik əks-sədaları olan bir karikatura kimi” hiss olunur.
“Sunday Times”dan Kevin Maher dram haqqında daha pozitiv olub: “Lazım olduğunu heç vaxt bilmədiyiniz Donald Tramp filmi zərif emosiyalarla dolu qəddar təhlildir”.
Jurnalist Sebastyan Stenin Tramp rolunda çıxışını alqışlayıb, aktyorun nüanslı qabiliyyətini tərifləyib və onun rolunu karikaturaya çevirməyib.
“Irish Times”dan Tara Bradi də vurğulayıb ki, “Sebastyan Sten parodiyaya əl atmadan Trampın rəftarlarını əks etdirib”. Bununla belə, o, filmin Abbasinin əvvəlki əsərlərindəki kimi “ciddilik və təsirdən əsər-əlamət olmayan” kimi qiymətləndirib.