Orbit ulduzu Balıqlar bürcündə yerləşən “Gliese 12 b” planeti Yerdən 40 işıq ili uzaqlıqdadır. Planetin orbotində olduğu “Gliese 12” adlanan ulduz Günəşdən çox kiçik və daha soyuqdur.
Ekzoplanet çox yaxın olduğu ulduzu ətrafındakı tam dövrəni təxminən 12,8 günə tamamlayır. Günəş kimi ulduzu olan bir sistemdə bu yaxınlıq planetdə həyatı qeyri-mümkün edərdi. Lakin planet “Gliese 12 b” qırmızı cırtdan ulduzundan aldığı radiasiyanın miqdarı Yerin Günəşdən aldığından cəmi 1,6 dəfə çoxdur.
Beləliklə yeni kəşf edilən planet yaşayış zonasında olsa da, bu, həyat əlamətlərinin olmasına sübut deyil. Yaşayış zonası o deməkdir ki, bir planet öz ulduzundan onun maye suyu qəbul etməsinə imkan verəcək bir məsafədə yerləşir. Yəni suyu donduracaq qədər uzaqda və buxarlandıracaq qədər isə yaxında olmamalıdır.
Digər tərəfdən, Günəş sistemindəki Yer kimi yaşayış zonasında olan Veneranın həyatı dəstəkləmək üçün şəraiti yoxdur. Tədqiqatçılar ümid edirlər ki, “Gliese 12 b” üzərində aparılan tədqiqatlar bunun səbəbini anlamağa kömək edə bilər.
Venerada orta temperaturun 464 dərəcəyə çatdığı halda, Yerdə bu 15 dərəcədir. Astronomlar “Gliese 12 b” səthinin temperaturunun 42 dərəcə olduğunu təxmin edirlər.
Bu ekzoplanetin həyatı qəbul edə biləcək şərtlərə sahib olması üçün onun atmosferi də olmalıdır. Bunu müəyyən etmək üçün daha çox müşahidələrə ehtiyac olsa da, Kral Astronomiya Cəmiyyətinin Aylıq Bildirişlərində dərc olunan araşdırmanın həmrəhbəri Şişir Dholakia bunları deyib: “”Gliese 12 b”, sərin ulduzların ətrafında fırlanan Yer ölçülü planetlərin öz atmosferlərini qoruyub saxlaya bilməyəcəyini öyrənmək üçün ən yaxşı hədəflərdən biridir. Bu, qalaktikamızdakı planetlərdə yaşamaq imkanları haqqında anlayışımızı artırmaq üçün mühüm addımdır”.
Yaşayış şəraitini təmin etmək üçün planetin atmosferi çox qalın olmamalıdır. Tədqiqatçılar bunu aşkar etmək üçün NASA-nın “James Webb” teleskopundan istifadə etməyi planlaşdırırlar. Lakin onların hazırda əldə etdikləri ilkin məlumatlar atmosferin nazik olduğunu göstərir.
“Dholakia”nın komanda yoldaşı Vincent Van Eylen ekzoplanetdə ya atmosferinin olmadığını, ya da Yer kimi atmosferə malik olduğunu düşünür. Van Eylen, “Bəzi planetlərdə onu əhatə edən çox qalın hidrogen atmosferinin olduğunu bilirik. Bu çox qalın qaz təbəqəsi əslində yaşayış üçün pis xəbərdir”, – deyib.
Adətən bu planetlər Yerdən iki və ya üç dəfə böyük olur. “Gliese 12 b” Yer ölçüsündədir, ona görə də yəqin ki, çox qalın atmosferə malik deyil.
Elm adamları “Gliese 12 b”də həyat əlamətləri olma ehtimalına ehtiyatla yanaşırlar. Digər tərəfdən, bu sahədə araşdırmaların vacib olduğunu da vurğulayırlar. “Dholakia” ilə araşdırma aparan Larissa Palezorpe izah edir: “Tədqiqatın nəticələrindən asılı olmayaraq; Yerdə həyat üçün vacib olan əlamətlər Venerada yoxdur. Beləliklə, “Gliese 12 b” planetlərdə yaşayış qabiliyyətinin necə işlədiyini araşdırmaq üçün əla başlanğıc nöqtəsidir”.