Vaxt.Az

Şeyx Ərdoğandan danışdı


 

Baş nazir hansı məsciddə namaz qılacaq?

Şeyx Ərdoğandan danışdı Azərbaycanın şimal regionunda işgüzar səfərdə olan şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Azərbaycana gəlməsi gözlənilən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səfərini şərh edib.

ANS PRESS-in xəbərinə görə, Şeyx Ərdoğanın Bakı səfəri zamanı da Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu nümayiş etdiriləcəyini dedi: «Bu gün Ərdoğan Bakıya gəlir, Əjdərbəyə gəlir. Əjdərbəy məsçidində, həm sünilər, həm də şiyələr bir yerdə namaz qılacaq. Bunu nə Türkiyədə, nə İranda, nə də Rusiyada tapa bilərsən, bunu ancaq Azərbaycanda tapa bilərsən».

Xatırladaq ki, Şimal zonasına səfəri zamanı Bütün Qafqazın şeyxi Quba, Qusar və Xaçmaz rayonlarının hər birində məscidlərin bərpası üçün 10 min manat pul ayırıb. Səfər çərçivəsində bölgədə radikal dini təmayüllərin təbliğatının əleyhinə olan ədəbiyyat da paylanılıb. Hacı Allahşükür Paşazadə bu rayonlarda yaşayan bütün dindarların problemlərinə hörmətlə yanaşılacağını bildirib. 

 

 





04.04.2014    çap et  çap et