Tarixin qaranlıq küçələrinə qayıtmaq istəmirəm, amma 53 il mənfur Pəhləvilər dövrü Azərbaycan əyalətinin torpaqlarını tikə-tikə bölmək və bu coğrafiyaya siyasi məqsədlər ilə başqa etniklər yerləşdirmək və 45 il İran islam hökuməti tərəfindən bu siyasətin müntəzəm şəkildə davam etməsini xatırlatmağı zəruri hesab edirəm. Təəssüflə xəyanət ilə əlaqəli bu siyasət yavaş-yavaş öz acısını göstərmədədir.
İran islam hökuməti, rejimin kökündən sarsılmasını bu son illərdə dərindən hiss etdiyinə görə, bu son seçkidə, Qərbi Azərbaycan əyalətində özəlliklə Urmu, Sulduz və Makı şəhərlərində saxtakarlıqla özləri istədiyi şəxsləri seçməklə təhlükəli risklərə əl atdı! Təəssüflər olsun ki, tarixin acı olaylarından ibrət almayan bəzi fürsətcil kürd partiya və qrupların rəhbərləri və onların tərəfdarları bilərək ya bilməyərək belə bir təhlükəli oyunun toruna düşərək, bu ərazidə azlıq təşkil edən kürd kökənli vətəndaşlarımıza ciddi bir problem yaratmağa imza atıblar.
Saxta seçimdən sonra Urmu şəhərinin qədim Yuruşah darvazasının qəlbində yerləşən “Əyalət meydanında” və... İran islam rejiminin təhlükəsizlik qüvvələrinin himayəsi ilə bir ildə kürd əsilli şəxslərin bədnam şuarlarının səslənməsi bu şəhərin kökünü çiynində daşıyan Azərbaycan türkləri üçün dözülməz idi... Belə bir çirkin davranışların qarşısını kürd xalqına rəğbət göstərən orqanlar və şəxsiyyətlər ala bilməzsə, əminəm ki, sabah gec olacaq!
Əldə etdiyimiz məlumata dayanaraq Urmudan iki kürd nümayəndə çıxması da İran islam hökumətinin qırmızı xətti idi. Seçkilərin sonucu açıqlamadan öncə Urmu valiliyində son anlarda verilən kəskin göstəriş bariz bir nümunədir!
İran islam cümhuriyyətinin daxili işlər nazirinin ideasına görə səs vermə hüququ olanlardan yalnız 41 faiz səs verib. Beləliklə, qeyr- demokratik İran islam hökumətinə bütün İran da yaşayan xalqlar kəskinliklə “YOX” deyiblər! Maraqlısı budur ki, belə bir gərgin durumda, bu hökumət çökərkən və azərbaycanlıların milli hökuməti yaranarkən görəsən hansı bir mərkəzi hökumət, daha hansı çirkin yollarla azərbaycanlılar üzərində hökm etməyə qalxacaq?! Təbii ki, o zaman bütün etnik qruplar öz yerini biləcək və Azərbaycanın milli hökumətinin himayəsində rahatlıq və təhlükəsizlik şəraitində yaşayacaqlar!
Məncə, biz bu seçkidə uduzmamışıq, əksinə azərbaycanlıların əksəriyyəti, özəlliklə (Urmu, Sulduz və Makıda bir çox soydaşlarımızın seçkilərdə iştirak etmədikləri üçün bu çox ibrətamiz bir hadisə olub. Bir sözlə, insanları özəlliklə də gələcək üçün milli məsələlərə bağlı həqiqətləri dərketməyə oyatdı...