«Lakin NATO inadkarlıqla əməkdaşlıq etməkdən imtina edib. Mən bir daha təkrar etmək istəyirəm ki, biz heç kimlə münaqişəyə girmək niyyətində deyilik. Və ümid edirəm ki, heç kim, xüsusilə, NATO-ya aid olmayan regionda bizi buna təhrik etməyəcək».
Lavrov, eyni zamanda, Ukrayna rəhbərliyinin ölkənin sabiq prezidenti Viktor Yanukoviçə qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib.
Ukrayna Baş Prokurorluğu Yanukoviçi və Təhlükəsizlik Xidmətinin sabiq rəisi Aleksandr Yakimenkonu fevralın 18-20-də Kiyevdə nümayişçilərə atəş açmaqla bağlı təlimat verməkdə ittiham edib və onların məhkəməyə gətirilməsinə dair order verib.
Lavrov qeyd edib ki, həqiqət bütün təfərrüatı ilə araşdırılmalıdır.
«Ukraynada böhranın aradan qaldırılmasına dair 21 fevral tarixində əldə olunan razılaşmaya əsasən, cinayətlərin araşdırılması üçün həm iqtidar, həm də müxalifət tərəfdən birgə təhqiqat qrupu yaradılmasına qərar verildi. Hazırkı bəyanatın nə dərəcə məntiqli olması barədə isə mühakimə yürütmək istəmirəm. Ümumiyyətlə isə, iddialar dəlillərlə ziddiyyət təşkil edir».