Vaxt.Az

Krım tatarları soyqırıma uğrayıb


 

Polşa 1944-cü il sürgününü tanıyan 5-ci ölkə oldu

Krım tatarları soyqırıma uğrayıb Polşa parlamentinin aşağı palatası olan Seym “Krım tatar xalqına qarşı soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək qərarı”nı təsdiqləyib. Beləliklə, Polşa Kanada, Ukrayna, Latviya və Litvadan sonra Krım tatar sürgününü soyqırım kimi tanıyan 5-ci ölkə oldu.

Polşa Parlamentinin aşağı palatası olan Seym 18 may 1944-cü ildə Krım tatarlarının deportasiyasını Krım tatar xalqına qarşı soyqırım aktı kimi tanıdı.

“Pravda” qəzetinin yazdığına görə, Polşa parlamentinin aşağı palatası olan Seym “Krım tatar xalqına qarşı soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək qərarı”nı təsdiqləyib.

Qərarla bağlı səsvermədə 414 deputat lehinə, 16 deputat əleyhinə və 2 deputat bitərəf qalıb.

Qərarda vurğulanıb ki, SSRİ hakimiyyəti 1944-cü il mayın 18-də səhər saatlarında Krım tatarlarını Krım yarımadasından deportasiya etməyə başlayıb və üç gün ərzində təxminən 200 min insanı Orta Asiya və Sibirə zorla yerləşdirib.

1944-cü ildə Krım tatarlarının Krımdan deportasiya edilməsinin Krım tatar xalqına qarşı soyqırım aktı olduğu bildirilib.

Polşalı deputatlar həmçinin xatırladıblar ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ərazi bütövlüyü prinsipinin, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

Polşa Krım tatar sürgününü soyqırım kimi tanıyan 5-ci ölkə oldu.

Kanada, Ukrayna, Latviya və Litva Krım tatar sürgününü soyqırım kimi tanıyıb.

***

İkinci Dünya müharibəsində Sovet Rusiyası Krımı almanlara verməli oldu. Krım tatar türkləri sovetlərin tərəfinə keçərək faşist Almaniyasına qarşı uğurla vuruşdular. Buna baxmayaraq, rus komandirləri Krım tatarlarını “almanlarla əməkdaşlıqda” ittiham etdilər.

Qırmızı Ordu yarımadanı Hitlerdən geri aldıqdan sonra Krım tatar türkləri ruslar tərəfindən təzyiqlərə məruz qalmağa başlanıb. Krım tatarlarına qarşı sovet rəhbərliyinə hesabatlar hazırlanıb və onların öz vətənlərindən tamamilə qovulması tələb edilib.

Təxminən 250 min Krım tatar türkü 3 gün ərzində heyvan daşıyan vaqonlarda Orta Asiyaya sürgün edildi. Sürgünə göndərilənlərin təxminən yarısı xəstəlik, aclıq və çətin şəraitdən yollarda həlak oldu.

Krım tatarlarının yarımadadan sürgünündən sonra türk mədəniyyətinin və digər toplumların izlərinin silinməsi üçün sistemli işlərə başlanılıb. 1944-cü ilin sonunda alınan qərarla SSRİ rəhbərliyi Krımda olan bütün türk yer adlarını ruscaya dəyişdirdi.

 





12.07.2024    çap et  çap et