Vaxt.Az

Çindən ABŞ şirkətlərinə sanksiyalar


 

Qadağa 6 şirkət və 5 nəfərə tətbiq olunacaq

Çindən ABŞ şirkətlərinə sanksiyalar Çin ABŞ-ın Tayvana son silah satışında vasitəçi olduqlarını əsas gətirərək ABŞ-ın 6 müdafiə şirkəti və onların yüksək səviyyəli rəhbərlərinə sanksiya tətbiq etmək qərarına gəlib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Çinin ABŞ-ın Tayvana son silah satışında rol oynadığı səbəbilə ABŞ-ın 6 müdafiə sənayesi şirkəti və 5 üst səviyyə idarəçiyə qarşı tədbir gördüyü bildirilib.

“Birləşmiş Ştatlar Tayvana yeni silah satışını açıqlayıb. Bu, “vahid Çin” prinsipini və Çin-ABŞ diplomatik əlaqələrinin əsasını təşkil edən Üç Birgə Bəyannamədəki öhdəlikləri pozur”, – bəyanatda deyilir.

Sanksiyaya məruz qalacaq 6 ABŞ şirkəti və 5 idarəçinin adlarının yer aldığı açıqlamada onların Çindəki daşınar və daşınmaz əmlakları ilə digər varlıqlarının dondurulacağı bildirilib. Açıqlamada adı çəkilən bütün şirkət və şəxslərin Çində heç bir fəaliyyət göstərə bilməyəcəyi və Çinə girişinin qarşısı alınacağı bildirilib.

Qərar bu gündən qüvvəyə minib.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.

 





13.07.2024    çap et  çap et