Vaxt.Az

Çiçək işğaldan danışdı


 

Spiker: «Qarabağ probleminin bütün istiqamətlərdə müzakirəsi önəm kəsb edir»

Çiçək işğaldan danışdı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Qarabağ münaqişəsindən danışıb.

ANS PRESS-in məlumatına görə, Polşaya səfər edən Cəmil Çiçək çıxışı zamanı Azərbaycan torpaqlarının beşdə birinin 1992-ci ildən bəri Ermənistanın işğalı altında olduğunu qeyd edib. 

Bir milyondan çox azərbaycanlının öz yurd-yuvasından məcburən köçürüldüyünü deyən Cəmil Çiçək erməni işğalının ən qısa bir zamanda sona çatmasının vacibliyini vurğulayıb: «Azərbaycanlı qaçqınların rahat bir şəkildə evlərinə geri qayıtmalarını və Dağlıq Qarabağ probleminin bütün istiqamətlərdə müzakirə edilməsi böyük önəm kəsb edir».

 

 





04.04.2014    çap et  çap et