CNN-in Amerika və Qərb mənbələrinə əsaslanaraq verdiyi xəbərdə, ABŞ kəşfiyyatının bu ilin əvvəlində Alman silah istehsalçısı “Rheinmetall” şirkətinin baş icraçı direktoru (CEO) Armin Pappergeri hədəf alan sui-qəsdi öyrəndiyi və Alman səlahiyyətlilərinə xəbərdarlıq etdiyi iddia edildi.
Almaniya hökumətinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi ABŞ-ın Rusiyanın planı ilə bağlı onlara xəbərdarlıq etdiyini təsdiqləyib və xəbərdarlıqdan sonra təhlükəsizlik bölmələrinin Pappergeri qorumaq üçün hərəkətə keçdiyini bildirib.
Almaniyanın ən böyük silah şirkətlərindən biri olan “Rheinmetall”, Ukrayna üçün mühüm silaha çevrilmiş 155 millimetrlik top mərmilərinin ən böyük istehsalçılarından biridir.
Məsələdən xəbəri olan mənbə iddia edib ki, şirkətin Ukraynada zirehli maşınlar fabriki açmaqla bağlı son planları Rusiyanı narahat edib.