Vaxt.Az

“Baydenin səhhətini xalqdan gizlətdilər”


 

“Onu bacarıqlı göstərməyə çalışanlar vəziyyəti daha da pisləşdirdi”

“Baydenin səhhətini xalqdan gizlətdilər” Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin səhhətindəki problemlərin uzun müddətdir ictimaiyyətdən gizlədildiyini bildirib.

Mətbuat konfransında danışan M.Zaxarova, səhhəti ilə bağlı mübahisəli fikirlər səsləndirilən ABŞ prezidenti Bayden haqqında “Onu bacarıqlı göstərməyə çalışanlar vəziyyəti daha da pisləşdirdi. ABŞ dərin dövləti və mediası onun real vəziyyətini uzun müddət ictimaiyyətdən gizlətdi”, – deyib.

Baydenin ötən ay keçirilən prezident seçkilərində rəqibi Donald Trampla qarşılaşdığı canlı yayımda danışarkən çətinlik çəkməsi böyük reaksiyalara səbəb olub. Ötən gün Ukrayna lideri Vladimir Zelenskini “Putin” kimi təqdim edən ABŞ prezidentinə seçki yarışından geri çəkilməyə çağırışlar artır.

 





12.07.2024    çap et  çap et