Ölkədə dərc olunan “Stuff News” qəzetinin xəbərinə görə, Oklend hava limanında baş verən hadisə ilə bağlı polis səlahiyyətliləri açıqlama verib.
Açıqlamada bir sərnişinin təyyarənin qalxması zamanı təcili çıxış qapısını açaraq yerə tullanarkən yaralandığı bildirilib. Sözügedən hərəkəti polisdən qaçmaq üçün etdiyi ehtimal edilən 28 yaşlı gəncin polis tərəfindən həbs olunduğu qeyd edilib.