Mədəni idarə edən Polşa Kömür Mədən Qrupunun sözçüsü Aleksandra Visoçka-Simbiqa (Aleksandra Wysocka-Siembiga) “Associated Press”ə bildirib ki, kəşfiyyatın gecə boyu davam etməsi üçün yeraltı təhlükəsizlik şəraiti yaxşılaşdırılıb.
Zəlzələnin təkrarlanma təhlükəsi və mədəndə metan qazının çox olması səbəbindən xilasetmə qrupları dünən işlərinə ara verməli olub.
Polşanın Kömür Mədən Qrupu tərəfindən idarə olunan mədən sahələrində bu il çoxlu ölümlə nəticələnən qəzalar baş versə də, may ayında “Myslowice-Wesola” kömür mədənində 3 şaxtaçı, aprel ayında isə eyni mədəndə bir mədənçi həlak olub.