Vaxt.Az
Planetimizin ən sürətlisi
100 km/saat sürətə 1 saniyəyə yiğan avtmobil saatda 450 km gedir
Avtomobil istehsalçıları sürətli nəqliyyat vasitəsi hazırlamaq məsələsində bir növ yarışa çıxıblar.
Əgər ötən ilə qədər «Bugatti Veyron» dünyanın ən sürətli avtomobili hesab edilirdisə, bir neçə ay əvvəl amerikalılar onu taxtdan saldı (Shelby Super Car). Lent.az-ın «motorlegend.com»a istinadla xəbərinə görə, Almaniyanın «Rotary Super Cars» (RSC) şirkəti indi bu modellərin hər ikisini qabaqlamaq niyyətinə düşüb.Şirkət yeni avtomobilə 2800 at gücündə 2.6 litrlik rotor mühərrik quraşdırmaq niyyətindədir (Mazda modeli). Müqayisə üçün deyək ki, bu gücdə mühərriklərdən döyüş vertolyotları və elektrovozlarda istifadə edilir.
Hazırda nə dizaynı, nə də texniki layihəsi mövcud olmayan avtomobilin maksimal sürətinin 450 km/saatdan çox olacağı nəzərdə tutulub. Konstruktorlar bu avtomobilin 100 km/saat sürətə 1 saniyəyə çatacağını iddia etsələr də, bu nəzəri və praktik olaraq inandırıcı görünmür.
31.12.2012 çap et