Vaxt.Az

Dələduz DYP axtarılır


 

Mülki geyimli şəxs avtomobilləri saxlayaraq

Dələduz DYP axtarılır Bakıda özünü yol polisi kimi təqdim edən mülki şəxsin sürücüləri saxlaması faktı ilə bağlı yoxlamalara başlanılıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama başlanılıb, yoxlamaların nəticəsində uyğun olaraq fakta hüquqi qiymət veriləcək. 

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda gecələr yol polisi adı altında sürücüləri saxlayaraq, onlara problemlər yaradan mülki şəxslər barədə məlumatlar yayılıb. Məlumatlarla yanaşı, bu əməlləri təsdiqləyən video görüntülər də paylaşılıb.

Yayılan video görüntülərdə mülki geyimli şəxs avtomobili saxlayaraq özünü Səbayel rayonunun yol polisi kimi təqdim edərək sürücüdən sənəd tələb edir. 

 

 





04.04.2014    çap et  çap et